Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
www.anews.az