• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Qəmbər niyə AŞPA həmməruzəçiləri ilə görüşə qatılmayıb?

İsa Qəmbər niyə AŞPA həmməruzəçiləri ilə görüşə qatılmayıb?
29.05.2020 04:29

Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşə qatılmamasının səbəbi məlum olub.Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib, lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb.Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən - yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib. Partiyanın mətbuat xidmətindən APA-ya bildirib ki, başqanın keçmiş köməkçisi dedikdə, Yeganə Hacıyevabı nəzərdə tutublar. “Avropa Şurasının Bakıdakı nümayəndəliyindən də partiyaya bildirilib ki, dəvət məktubunu Yeganə Hacıyevaya veriblər”, - deyə partiyadan bildirilib.  Y. Hacıyeva isə APA-ya açıqlamasında İ. Qəmbərin həmməruzəçilərlə görüşə dəvət olunması ilə bağlı ona hər hansı məlumat verilmədiyini söyləyib: “Nə baş verdiyi mənə məlum deyil. İstefamdan sonra mənə beynəlxalq təşkilatların Azərbaycandakı qurumlarından Müsavat Partiyasını hər hansı görüşə dəvətlə bağlı müraciət olmayıb. Çünki beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri mənim istefamdan xəbərdardırlar. Hətta beynəlxalq təşkilatlardan hər hansı birindən mənə belə müraciət olsaydı, istənilən halda Müsavat Partiyasını xəbərdar edərdim. Mən 8 il Müsavat Partiyasının üzvü olmuşam”.ANN.Az 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol