• $
  • £

“Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişəcək” - MÜSAHİBƏ

“Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişəcək” - MÜSAHİBƏ
08.01.2014 14:43

 Ermənistanın Gömrük İttifaqında daxil olması Azərbaycanda birmənalı qarşılanmayıb. ANN.Az ekspert Vüqar Xəlilovdan bu məsələyə aydınlıq gətirməsini xahiş edib.

- Ermənistanın Gömrük İttifaqına daxil olması və Rusiyanın erməni iqtisadiyyatına yüzlərlə milyon dollar investisiya yatırması Azərbaycan üçün hansı anlam daşıyır? - Bu, Azərbaycanın inamlı inkişafına birbaşa təsir göstərməyəcək. Amma Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişəcək. Gömrük İttifaqı olmasaydı, Ermənistan Türkiyəylə sərhədlərin açılmasından asılı vəziyyətdə qalacaqdı. İndi Yerevan bundan narahat olmayacaq, çünki Rusiya tərəfindən dəstək alacaqdır. Ankara və Yerevan arasında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması müqabilində sərhədlərin açılması ilə bağlı danışıqlarda durğunluq gözləmək lazımdır. Qeyri-rəsmi informasiyaya və təsdiq edilməmiş məlumatlara əsasən, Ankara Azərbaycanın iki rayonunun azad olunması müqabilində sərhədləri açmağa hazır idi. Ola bilər ki, bu sual gündəlikdən çıxarılsın və ya hansısa formada yenidən gündəmə gəlsin, çünki sərhədlərin açılması Türkiyəyə də lazımdır. - Amma hər halda ağlasığmazdır ki, Ankara Azərbaycanın fikrini nəzərə almadan sərhədlərin açılışına gedəcək? - Hər şey Türkiyə hökumətinin mövqeyinin möhkəmliyindən və Qərb tərəfindən sərhədlərin açılması üçün rəsmi Ankaraya ediləcək təzyiqdən asılıdır. Sirr deyil ki, Türkiyə 2009-cu ildə İsveçrədə imzalanmış protokolları təsdiqləməkdən imtina etməsinə baxmayaraq, 2015-ci ilə qədər sərhədlərin açılışı üçün siyasi-iqtisadi və sosial şəraitin yaradılması prosesinə start verib. Ankarada və İstanbulda müxtəlif Avropa və Amerika qeyri-hökümət təşkilatıları fəal hərəkət edirlər, onlar var-gücləri ilə bu prosesə imkan yaradırlar. Qərb üçün Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətmək çox lazımdır. Bu məqsədlə Qərb tərəfindən Türkiyəyə və Ermənistana təzyiq edilirdi və indi də davam etdirilir. Hazırda başqa konfiqurasiya yaranıb. Rusiya Ermənistanla razılaşdı. Xüsusilə də Ukraynada Moskvanın diplomatik qələbəsindən sonra bunu gözləmək olardı. - Hadisələr bundan sonra necə inkişaf edə bilər? Belə vəziyyətdə Ankara nə edə bilər? - Açıq-aydın görünür ki, Ermənistanda Rusiyanın təsiri genişlənəcək.  Ola bilər ki, Qərb,  xüsusən də ABŞ Rusiya ilə rəqabət aparmaq üçün Türkiyəni qeyd-şərtsiz Ermənistanla sərhədləri açmağa məcbur etsin. Bu isə Moskvaya əl verəcək, çünki Türkiyə çox qarışıq vəziyyətdə olacaq: bir tərəfdən, Qərbin təzyiqləri ilə sərhədləri açmalı olacaq, digər tərəfdən isə Azərbaycanla hesablaşmamaq olmaz. Beləliklə, gərginlik yaranacaq, bunun da arxasında ABŞ və Avropa duracaq. Moskva arbitr rolunda çıxış etmək üçün rahat məqam gözləyəcək. Bu şahmat oyununu xatırladır, burada bir neçə gedişi əvvəlcədən hesablamaq lazımdır. Ola bilər ki, Türkiyənin xarici işlər nazirlərinə - keçmişdə Abdulla Gülə və indi, Əhməd Davutoğluna – nə də olmasa, diplomatik səfərləri Yerevana yox, Moskvaya etmək lazım idi. Çünki hələ Rusiya regionda geosiyasi vəziyyətə daha çox və daha real təsir imkanlarına malikdir. ANN.Az  

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev: Qlobal qeyri-müəyyənlik fonunda multilateralizm və əməkdaşlıq vacibdir
Siyasət 08:52
Əliyev: Qlobal qeyri-müəyyənlik fonunda multilateralizm və əməkdaşlıq vacibdir
Bayramov Tailandın Baş naziri ilə görüşdə əməkdaşlıq və UNESCAP prioritetlərini müzakirə edib
Siyasət 08:25
Bayramov Tailandın Baş naziri ilə görüşdə əməkdaşlıq və UNESCAP prioritetlərini müzakirə edib
Bayramov UNESCAP sessiyası üçün Banqkokdadır
Siyasət 07:35
Bayramov UNESCAP sessiyası üçün Banqkokdadır
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib
Siyasət 16:09
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib
Ceyhun Bayramov Tailanda işgüzar səfərə gedib
Siyasət 09:15
Ceyhun Bayramov Tailanda işgüzar səfərə gedib
Meloni Azərbaycana gələcək
Siyasət 23:38
Meloni Azərbaycana gələcək
Muxtar Babayev BMT Baş katibinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşüb
Siyasət 21:15
Muxtar Babayev BMT Baş katibinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşüb
Bayramov Aİ-nin xüsusi nümayəndəsi iləgörüşüb
Siyasət 20:52
Bayramov Aİ-nin xüsusi nümayəndəsi iləgörüşüb
İran və Ermənistan rəsmilərigörüşdü
Siyasət 20:48
İran və Ermənistan rəsmilərigörüşdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol