• $
  • £

Hollandiyada Azərbaycan xalqının şərəfinə gül yetişdirildi

Hollandiyada Azərbaycan xalqının şərəfinə gül yetişdirildi
08.01.2014 12:20
Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) təşəbbüsü ilə Hollandiyada Azərbaycan xalqının şərəfinə xrizantema gülünün “Azəri” adlı yeni növü yetişdirilib.Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən ANN.Az-a verilən məlumata görə, bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq güllərin nəinki dahi şəxsiyyətlərin, həmçinin, ayrıca xalqların şərəfinə adlandırılması ilə bağlı sertifikat verilib. 2013-cü ilin mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən Gül bayramında Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə Azərbaycan xalqının “Azeri” adının verilməsi qərara alınıb. Bununla bağlı Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıb. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə alıb. Holland Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmıza, şairlərimizə və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin  dünyada ən çox ziyarətçisi olan Keukenhof  parkında əkilməsini planlaşdırır. Daha iki gül - “Alstrumeriya” adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilib. Tünd qırmızı gül əsasən qan və atəş təsəvvürünü yaradır. Ağ rəng gül isə bir növ digər rəngləri neytrallaşdırır, matəmi və kədəri ifadə edir. Holland Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə “DufoA” adlandırılması  təşəbbüsünü irəli sürüb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Siyasət 13:00
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Kimsə dağıdıb Heydər Əliyev yenidən düzəldib - deputat
Siyasət 12:16
Kimsə dağıdıb Heydər Əliyev yenidən düzəldib - deputat
Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu təbrik edib
Siyasət 11:11
Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu təbrik edib
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
Siyasət 10:23
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
Hacıyev: uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsini nəzərdən keçiririk
Siyasət 09:38
Hacıyev: uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsini nəzərdən keçiririk
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 21:29
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - Yenilənib
Siyasət 20:00
Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - Yenilənib
Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir - Hikmət Hacıyev
Siyasət 19:00
Azərbaycan Aİ ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir - Hikmət Hacıyev
Əli Əsədov Yan Sonderslə görüşüb
Siyasət 18:30
Əli Əsədov Yan Sonderslə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol