Azərbaycan XİN Volqoqradda törədilmiş terror aktlarını pislədi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyasının Volqoqrad şəhərində törədilən terror aktları ilə bağlı bəyanat yayıb.XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, nazirlik Volqoqrad şəhərinin dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır, bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladığını bildirir. “Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir” - deyə bəyanatda vurğulanır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq

Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır

Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür




















