• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan məscidində Xomeyninin büstü - FOTO

Azərbaycan məscidində Xomeyninin büstü - FOTO
27.12.2013 20:42
Ermənilər artıq neçə illərdir, Azərbaycanın qədim tarixi abidəsi olan İrəvandakı Göy Məscidi İranın mədəniyyət nümunəsi, "fars məscidi" kimi təqdim edirlər. Göy Məscidin adını da dəyişdirib “Hüseyniyyə” qoyublar. Hələ bunlar da yetməyib, məscidə İran İslam inqilabının rəhbəri Xomeyninin büstünü də yerləşdiriblər. Təsəvvür edin, Xomeyni hara, İrəvan hara…”. “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Modern.az saytına bildirib ki,  məsciddən çəkilən son görüntüləri ona türkiyəli dostu təqdim edib: “Bu yaxınlarda Bakıda keçirilən Humanitar Forumda iştirak etmək üçün buraya gəlmiş türkiyəli dostumuz Mehmet Fatih Öztarsu İrəvanda olarkən qarşılaşdığı mənzərələr haqqında danışdı. O, İrəvan xanının tikdirdiyi Göy Məscidin hazırkı vəziyyətini əks etdirən fotoşəkilləri mənə verdi”.A.Camalın sözlərinə görə məscidi İran dövləti təmir edib və indi orada İranın Mədəniyyət Mərkəzi yerləşir və məsciddə pulsuz fars dili dərsləri keçirilir. Ermənilə isə məscidi əcnəbilərə nümayiş etdirərək özlərinin "tolerant" olduqlarını göstərmək istəyirlər: “Ermənilər Göy Məscidin fars abidəsi kimi YUNESKO-nun irs siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış ediblər. Erməni-fars girovluğunda qalmış Göy Məscidin məhz Azərbaycan maddi mədəniyyət nümunəsi kimi YUNESKO siyahısına salınması və beynəlxalq mühafizəyə verilməsi üçün ciddi addımların atılması zamanı gəlib. Son dövrlər YUNESKO ilə sıx əməkdaşlıq münasibətlərində olan Azərbaycan Respublikası hökuməti bu sahədə məncə,  real addımlar atmaq və nəticələr əldə etmək imkanına malikdir”. Qeyd edək ki, Məscid 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmri ilə tikilib və Azərbaycanın qədim memarlıq nümunələrindən biridir. Göy Məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol