• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə nazirinə iki yeni müavin təyin olundu

Müdafiə nazirinə iki yeni müavin təyin olundu
21.12.2013 13:17

Azərbaycan müdafiə nazirinin iki yeni müavini təyin olunub. Bu barədə APA-ya eksklüziv olaraq öz hərbi mənbələrindən məlumat daxil olub.

Yeni müavinlər general-mayor Qorxmaz Qarayev və general-leytenant Kərəm Mustafayevdir. General-mayor Qorxmaz Qarayev eyni zamanda Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsinin rəisi, general-leytenant Kərəm Mustafayev isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsini tutacaq.

 

Yeni təyinatlarla müdafiə nazirinin müavinlərinin sayı 5 olub. Müavinlər bunlardır - general-polkovnik Nəcməddin Sadıkov - müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Çingiz Məmmədov – müdafiə nazirinin müavini, general-mayor Ramiz Tahirov müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Qorxmaz Qarayev - müdafiə nazirinin müavini, MTT Baş İdarəsinin rəisi, general-leytenant Kərəm Mustafayev – müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı.

 

Xatırladaq ki, bir neçə gün əvvəl bəzi internet saytlarında Q. Qarayevin istefaya göndəriləcəyi barədə məlumatlar yayılmışdı.

 

General-mayor Q. Qarayev 1990-cı illərin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 1992-1993-cü illərdə Kəlbəcərdə 701 saylı briqadada tabor komandiri, hərbi hissə komandirinin müavini, əməliyyat şöbəsinin rəisi, qərargah rəisi olaraq, 1992-ci ilin oktyabr ayında Hocaz əməliyyatı və Laçın rayonunun 40 kəndinin azad olunmasında, 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun müdafiəsi döyüşlərində aktiv iştirak edib. 1994-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə Q. Qarayevin rəhbərlik etdiyi qüvvələr Çəpli kəndi yaxınlığında ermənilərin bir tabor canlı qüvvəsini, habelə zirehli texnika kalonunu, Qamışlı körpüsü yaxınlığında isə ermənilərin bir tabora yaxın canlı qüvvəsini məhv edib. Əfqanıstanda xidmət etdiyi dövrdə SSRİ-nin iki mühüm hərbi medalı ilə təltif olunub.

 

General-leytenant Kərəm Mustafayev 1983-cü ildə Bakı Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1990-cı illərin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən K. Mustafayev 1991-1994-cü illərdə Ermənistanla müharibə zamanı Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkilində xüsusi rol oynayıb. Sonrakı dövrlərdə Naxçıvan 5-ci ordu birləşməsinin komandanı vəzifəsində çalışıb. Silahlı Qüvvələrinin formalaşmasında roluna görə Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunub. Dekabrın 20-də isə yeni yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib. 

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol