• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident idmançılara ev hədiyyə etdi

Prezident idmançılara ev hədiyyə etdi
20.12.2013 14:05

Kunq-fu üzrə dünya çempionu fəxri fərman ilə təltif olundu.

İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançıya və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.

ANN.Az dövlət başçının rəsmi saytına istinadən xəbər verir ki, Yunan-Roma güləşi üzrə Tələbələrin XXVII Universiadasının qalibi Rəsul Çunayevə, Yunan-Roma güləşi üzrə Avropa çempionu Rafiq Hüseynova, sərbəst güləş üzrə məşqçi Firdovsi Ömərova, sərbəst güləş üzrə məşqçi Elşad Allahverdiyevə, sərbəst güləş üzrə məşqçi Elçin Zeynalova, boks üzrə dünya çempionu Cavid Çələbiyevə, boks üzrə məşqçi Yadigar Məmmədova, ağır atletika üzrə İslam Olimpiya Oyunlarının bürünc mükafatçısı Zülfüqar Süleymanova, Atletika üzrə Dünya Tələbələrinin Universiadasının və İslam Həmrəyliyi Oyunlarının qalibi Hayle İbrahimovaya, taekvondo üzrə Avropa çempionu Fəridə Əzizovaya, London Yay Paralimpiya Oyunlarının qalibi Natali Proninaya, London Yay Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimova, Paralimpiya üzrə marafon yarışının qalibi İmran Hüseynova, şahmat üzrə beynəlxalq dərəcəli hakim və məşqçi Lütfiyar Rüstəmova, şahmat üzrə məşqçi Rəsul İbrahimova, Respublika Yüksək İdman Ustalığı Məktəbinin müəllimi Nabat Camalovaya, pauerliftinq üzrə Avropa və Dünya çempionu İbrahim İbrahimova, milli karate üzrə baş məşqçi Rəhman Hətəmova, universal döyüş üzrə məşqçi Vasif İsgəndərova, Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının rəisi Sadıx Bağırova, basketbol üzrə məşqçi Fikrət Həsənova, bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilyevaya yeni mənzillərin orderləri təqdim edilib.

Kunq-fu üzrə Avropa və dünya çempionu Əli Mirələkbərli, pauerliftinq üzrə dünya çempionu Raif Süleymanov, kikboksinq üzrə Dünya və Avropa çempionu Rail Rəcəbov isə Milli Olimpiya Komitəsinin fəxri fərmanı ilə təltif olunublar.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol