• $
  • €
  • ₽
  • ₺
  • £

İrakli Qaribaşvili: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

İrakli Qaribaşvili: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır
18.12.2013 11:34
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfərinin yekunları ilə bağlı jurnalistlərə bildirib. Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxəsrlik sıx əlaqələri mövcuddur: "Mənim səfərim bizim əməkdaşlığı davam etdirməyimizin nümayişi oldu".Qaribaşvili qeyd edib ki, "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir, çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Avropanın enerji xəritəsi tamamilə dəyişə bilər.Gürcüstanın bu layihədən hansı mənfəət əldə edəcəyinə gəldikdə, baş nazir bildirib ki, təxminən beş il ərzində 600 milyon dollaradək həcmdə investisiyalar planlaşdırılır, iki mindən üç minədək iş yeri yaradılacaq, qaz kəmərinin buraxılış qabiliyyəti 16 milyard kubmetrədək artacaq ki, bunun beş faizi Gürcüstanda qalacaq.Onun sözlərinə görə, müvafiq olaraq bu, Gürcüstanın öz dəhlizini daha səmərəli mənimsəməsinə doğru daha bir addımdır və ən başlıcası, bu, region üçün böyük əhəmiyyət kəsb edəcək.İ.Qaribaşvili iki ölkə arasında çoxtərəfli əlaqələrin gələcəkdə dərinləşəcəyinə ümidini ifadə edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol