• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Davudoğludan sərhədlərlə bağlı açıqlama

Əhməd Davudoğludan sərhədlərlə bağlı açıqlama
13.12.2013 18:33
 Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarından ikisini geri qaytaracağı halda, bu ölkə ilə sərhədləri açacaqlarına dair yayılan xəbərləri təkzib edib.APA-nın məlumatına görə, bunu Türkiyədə erməni dilində nəşr olunan “Jamanak” qəzetinin baş redaktoru Ara Qoçunyan “Azadlıq” radiosuna müsahibəsində deyib. A. Qoçunyan Ə. Davudoğlu ilə birlikdə Ermənistana səfər edən jurnalistlərin arasında olub. A. Qoçunyan bildirib ki, Ə. Davudoğlu həmkarı Edvard Nalbandyanla görüşünün isti keçdiyini söyləyib: “O bildirdi ki, tərəflərin mövqeyində fərqliliklər olsa da, Türkiyə tərəfi bu cür görüşlərin tez-tez keçiriləcəyi təqdirdə, müsbət nəticənin ola biləcəyini düşünür. Ankara İrəvanla ən yaxşı səviyyədə münasibət qurmaq istəyir. Nazirlər arasında açıq və səmimi söhbət olub. Aydındır ki, hər şeyi dərhal həll etmək imkansızdır, lakin heç görüşmədən problemləri həll etmək mümkün deyil. Dialoq aparmaq vacibdir. Davudoğlu qeyd etdi ki, görüş psixoloji maneəni aşmaq baxımından faydalı olub. Münasibətləri normallaşdırmaq üçün möhkəm psixoloji təməllər yaratmaq lazımdır ki, bunun əsasında istənilən ideyanı müzakirə etmək mümkün olsun”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol