Günter Ottinger Azərbaycana səfər edəcək
Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger növbəti həftə Azərbaycana səfər edəcək.Komissarın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi dekabrın 17-də Bakıda Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak etməkdir. Qeyd edək ki, dekabrın 17-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması da gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır. Mərasimə qatılmaq üçün İtaliyan və Yunanıstanın baş nazirləri Enriko Letta və Antonis Samaras da Azərbaycana gələcəklər. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 14:45 Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 13:52 Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 22:02 Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 12:09 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 10:29 Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 17:47 Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 16:30 Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 12:26 Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 19:56 Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb