• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda BMT bayrağı endirildi

Azərbaycanda BMT bayrağı endirildi
13.12.2013 15:39
BMT-nin Azərbaycandakı Nümayəndəliyi Cənubi Afrika Respublikasının (CAR) lideri Nelson Mandelanın vəfatı münasibətilə BMT bayrağını endirib.Bu barədə APA-ya BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən məlumat verilib.  Qeyd edək ki, Cənubi Afrika Respublikasının lideri, sabiq prezident Nelson Mandela cari ilin iyun ayında kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Noyabrda CAR hökuməti onun səhhətinin stabil kritik vəziyyətdə olduğunu təsdiqləyib. N. Mandela dekabrın 5-də dünyasını dəyişib. Hazırda onunla vida mərasimləri davam edir. CAR lideri dekabrın 15-də dəfn olunacaq. N. Mandela CAR tarixində ilk qaradərili prezident olub. O, 1994-cü ilin may ayından 1999-cu ilin iyununadək ölkəni idarə edib. Aparteid rejiminə qarşı fəal mübarizə apardığına görə ömrünün 27 ilini həbsxanada keçirib. 1993-cü ildə N. Mandela Nobel sülh mükafatına layiq görülüb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol