• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rusiya arasında sərhədlərlə bağlı görüş

Azərbaycan və Rusiya arasında sərhədlərlə bağlı görüş
11.12.2013 15:08
Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək.APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. O bildirib ki, sərhədlərin delimitasiyasından sonra ikinci mərhələ demarkasiya məsələsidir. Q. Məmmədov Azərbaycan prezident İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev tərəfindən sərhədlərin delimitasiyası haqda müqavilənin imzalandığını xatırladıb: “Həm onların Dövlət Duması, həm də Azərbaycan parlamenti bu sənədləri ratifikasiya edib. Yəni biz xəritə, sənəd, kağız üzərində bu işləri gördük. İndi müvafiq sərhəd nişanları koordinatlara uyğun olaraq yerlərdə bərkidilməlidir. Bu, ən məsuliyyətli və ağır məsələdir. Rusiya tərəfinin dəvəti ilə bu yaxınlarda Moskva şəhərinə toplaşdıq. Vahid bir sistem qəbul olunub. Hazırda biz bunu öyrənirik. Diplomatik kanallarla məsələ həll olunduqdan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək”. Gürcüstanla sərhəd məsələsinə gəlincə, Q. Məmmədov qeyd edib ki, 480 km sərhəd xəttinin 300 km-i hər iki tərəfdən razılaşdırılıb: “Ekspertlər səviyyəsində məsələ ilə bağlı görüş keçirilib, həm bizim mütəxəssislər Gürcüstanda olublar, həm də onların mütəxəssisləri Azərbaycana gəliblər. Onlar razılığa gəldikdən sonra ekspertlər səviyyəsində komissiyada məsələ qaldırılacaq və burada qərar qəbul edəcəyik”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol