• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər film nümayişinə mane ola bilmədi

Ermənilər film nümayişinə mane ola bilmədi
05.12.2013 19:52
4 dekabr tarixində Buenos-Ayresdə "Diplomatların Dostları Assosiasiyası", "Equilibrium Global" media şirkəti və "El Corte İngles" turizm agentliyi tərəfindən ənənəvi olaraq müxtəlif ölkələrin mədəniyyəti, kinosu və turizm potensialının təbliğinə dair birgə təşkil edilən "Kino-Müzakirə" layihəsi çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib.Trend-in məlumatına görə, tədbirə La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutundakı "Azərbaycanşünaslıq kafedrası", habelə "Azərbaycanın Argentinalı Dostları Klubu" təşkilatı dəstək verib.Tədbirin əsas hissəsi kimi Qarabağ xanlığının tarixindən bəhs edən "Hökmdarın taleyi" bədii filmi nümayiş etdirilib və filmlə bağlı fikir mübadiləsi aparılıb.Tədbirdə giriş sözü ilə çıxış edən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş "Equilibrium Global" media şirkətinin direktoru Diego Velazquez Azərbaycanının zəngin mədəni-incəsənət irsi barədə danışıb və təqdim ediləcək film haqqında məlumat verib.Ardınca La Plata Dövlət Universitetindəki "Azərbaycanşünaslıq kafedrasının" əlaqələndiricisi professor Paulo Botta "Hökmdarın taleyi" filminin baş verdiyi XİX əsrin əvvəllərində Cənubi Qafqazdakı tarixi proseslər və bunun regiondakı sonrakı vəziyyətə təsiri barədə danışıb.Sonra "Hökmdarın taleyi" filmi ispan dilində subtitrlərlə nümayiş etdirilib.Tədbir çərçivəsində, habelə Azərbaycanla bağlı turizm videoçarxları da göstərilib, Azərbaycanın tarixi-mədəni irsinə dair ispan dilində materiallar, o cümlədən "El Corte İngles" turizm agentliyi tərəfindən hazırlanmış Azərbaycana turizm turu barədə paketlər paylanılıb. İştirakçılar bu kimi tədbirlərin regionun tarixi, habelə Azərbaycanın mədəniyyəti və reallıqları ilə tanışlıq üçün faydalı olduğunu bildiriblər.Tədbir Argentina erməni icma təşkilatları, o cümlədən Erməni İnqilabçı Federasiyası - Daşnaqsütun pariyasına bağlı Cənubi Amerika Erməni Milli Şurası və bu qurumun gənclər bölməsi olan Erməni Gənclər Birliyi tərəfindən dözümsüzlüklə qarşılanıb.Tədbirin təşkil olunduğu binanın qarşısında kəskin etiraz aksiyası keçirən icma üzvləri tədbiri pozmaq üçün müxtəlif təxribatlara əl atıb, o cümlədən filmin nümayiş olunduğu zala daxil olmağa cəhd göstəriblər. Argentina hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni tərəfinin təxribatlarının qarşısı alınıb və tədbir öz ahəngində davam edib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol