• $
  • €
  • ₽
  • ₺
  • £

Nazim İbrahimov: "Ukraynadakı hadisələr milli zəmində baş vermir"

Nazim İbrahimov: "Ukraynadakı hadisələr milli zəmində baş vermir"
02.12.2013 12:22

"Ümumiyyətlə, hər hansı ölkədə baş verən istənilən hadisəni ciddi şəkildə araşdırmaq lazımdır.

Yüz minlərlə azərbaycanlının yaşadığı hər hansı ölkədə müəyyən tipli hadisələr də baş verəcək. Bundan heç kim özünü sığortalaya bilməz". Bunu Trend-ə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov son vaxtlar Ukraynada azərbaycanlılara qarşı ayrı-seçkilik hallarına münasibət bildirərkən deyib.N.İbrahimov bildirib ki, Ukraynada milli zəmində münaqişələrin baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil: "Biz orada baş verən prosesləri milli zəmində hər hansı münaqişə səviyyəsində qaldırmaq cəhdlərini pisləmişik. Hesab edirəm ki, mətbuat orqanları da bizim bu fikrimizi qəbul ediblər və artıq öz səhifələrində bu məsələyə dəqiq, qərəzsiz, düzgün münasibət bəsləməyə başlayıblar. Bu da gələcəkdə həmin azərbaycanlıların həqiqətən də müəyyən problemlərlə üzləşməməsinə gətirib çıxaracaq".Komitə sədrinin sözlərinə görə, hər hansı azərbaycanlı ilə bağlı baş vermiş hadisəni milli zəmində hadisə kimi qələmə vermək düzgün deyil: "Biz belə gündəlik məlumatları verməklə orada yaşayan azərbaycanlıların vəziyyətini daha ağırlaşdırmış oluruq. Rusiyada təkcə azərbaycanlılarla deyil, ümumiyyətlə digər ölkələrdən gəlmiş miqrantlarla əlaqədar baş verən proseslərə öz fikrimizi bildirmişik. Güman edirəm ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq və hər şey yerində oturacaq. Hər hansı ölkənin miqrantlarla bağlı gedən prosesləri qanuniləşdirmək və yaxud bu prosesdə qayda-qanun yaratmaq istəyi normaldır. Bizim əsas vəzifəmiz isə orada yaşayan azərbaycanlıların bu prosesdən daha ağrısız çıxmağını təmin etmək, onların hüquqlarını qorumaqdır".ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol