• $
  • €
  • ₽
  • ₺
  • £

907-ci düzəliş ləğv edilməlidir - Əliyev

907-ci düzəliş ləğv edilməlidir - Əliyev
13.07.2026 10:13

Prezident İlham Əliyev ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycana ABŞ hökumətinin birbaşa yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə köhnəldiyini bildirib və onun tam ləğv edilməsinə çağırıb.

Əliyevin sözlərinə görə, düzəliş vaxtilə Ermənistanı dəstəkləyən senatorların təşəbbüsü ilə qəbul olunub və Azərbaycanı haqsız şəkildə Ermənistanı blokadada saxlamaqda ittiham edirdi.

Prezident bildirib ki, hazırda həmin düzəliş üçün əsas qalmayıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıb, Bakı Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və ölkə ərazisindən Ermənistana on minlərlə ton yük daşınıb.

Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə də başlayıb.

Prezident bildirib ki, Tramp ötən ilin avqustunda Ağ Evdə keçirilən görüş zamanı onun iştirakı ilə 907-ci düzəlişin tətbiqini bir il müddətinə dayandıran qərarı imzalayıb. Bununla belə, o qeyd edib ki, düzəlişin simvolik və siyasi əhəmiyyəti qalır və Konqres onu tamamilə ləğv etməlidir.

Əliyev bildirib ki, Tramp administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri “əla” səviyyədədir və strateji tərəfdaşlığa yüksəlib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və təhlükəsizlik sahələrində fəaliyyət göstərən işçi qrupları aktiv işləyir.

Prezident həmçinin bildirib ki, ABŞ Azərbaycanın silah almasına qoyduğu məhdudiyyətləri aradan qaldırıb və bunun ardınca Böyük Britaniya və Avropa İttifaqının üzv dövlətləri də oxşar addımlar atıblar.

Əliyev əlavə edib ki, bəzi ekspertlərin Azərbaycanı artıq “orta güc” (middle power) kimi qiymətləndirməsi barədə fikirləri ilə tanışdır və hesab edir ki, bu statusun meyarları daha dəqiq müəyyənləşdirilməlidir.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol