• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov viza rejiminin sadələşdirilməsini şərh etdi

Əli Həsənov viza rejiminin sadələşdirilməsini şərh etdi
29.11.2013 17:57
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birliyi (AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını şərh edib.Ə.Həsənov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Vilnüsdə III “Şərq tərəfdaşlığı” Sammitində iştirakı və AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması Birliklə ölkəmiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edir: “Bununla yanaşı, qeyd etməliyəm ki, cənab İlham Əliyev bütün məsələlərə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşdirilməsinə ilk növbədə Azərbaycanın milli maraqları prizmasından yanaşır. Nüfuzlu beynəlxalq qurumların potensialından ölkənin siyasi, iqtisadi, sosial, humanitar yüksəlişi üçün maksimum bəhrələnmək Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən birini təşkil edir. Viza rejiminin sadələşdirilməsi də Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə, vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşmasına, bu sahədə mövcud bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edəcək”.Şöbə müdirinin sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq formatlardakı iştirakını həm də bütün regional maraqları nəzərə almaqla həyata keçirir: “Bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızda Azərbaycanın milli maraqları başlıca amildir və bu əməkdaşlıq heç bir halda başqa region dövlətlərinin müvafiq maraqlarını pozmur. Bu, belə olub, belə də olacaq. Gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, biz lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol