• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Ceyhun Bayramovla görüşüb, Azərbaycana dəstəyə görə təşəkkür edib

Zelenski Ceyhun Bayramovla görüşüb, Azərbaycana dəstəyə görə təşəkkür edib
06.08.2026 20:58

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.


Zelenski bu barədə teleqram kanalında paylaşım edib. O bildirib ki, Ceyhun Bayramov Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Ukraynaya səfər edən ilk Azərbaycan xarici işlər naziridir.


"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ilk dəfədir ki, Ukraynaya səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi İrpen şəhərindəki məktəb, xəstəxana və reabilitasiya mərkəzinə baş çəkməklə başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlməyə və bizi dəstəkləməyə imkan tapdıqları üçün çox minnətdarıq. Xalqımızla həmrəyliyə görə təşəkkür edirəm", – Zelenski yazıb.


Ukrayna Prezidenti qeyd edib ki, görüş zamanı Ceyhun Bayramova Rusiyanın Ukraynaya endirdiyi zərbələr, Qara dənizdəki vəziyyət və taxıl dəhlizinin bloklanması barədə məlumat verib.


Tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə sahəsində əməkdaşlığı, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahələrində iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər.
Zelenski göstərilən humanitar və energetika yardımına, həmçinin Azərbaycanla aparılan konstruktiv dialoqa görə rəsmi Bakıya təşəkkürünü ifadə edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol