• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarından həmsədrlərə MƏKTUB

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarından həmsədrlərə MƏKTUB
27.11.2013 21:25
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzi 1-5 dekabr tarixlərində İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təşkil edəcək.Bunu APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Görüşün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış məktub hazırlanacaq, məktubun mahiyyəti daha sonra açıqlanacaq. Məktub gələn ilin yanvar ayında Vyanada keçirilən görüş zamanı həmsədrlərə çatdırılacaq. Yanvar ayında Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdə də ona bu məktub təqdim olunacaq. Məqsədlərinin sülh olduğunu söyləyən Novella Cəfəroğlu bildirib ki, bu görüşlər 5 ildir keçirilir: “İstəyirik ki, münaqişənin həllində anaların səsi eşidilsin, qadınların rolu artırılsın. Biz bu görüşlərdə Dağlıq Qarabağın Azərbaycan torpağı olması, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması, azərbaycanlı icmasının Dağlıq Qarabağa köçməsindən sonra digər məsələlərin müzakirəsi mövqeyindən çıxış edirik. Məqsədimiz sülhdür. Çünki istəsək də, istəməsək də, bu xalqlar yanaşı yaşayacaqlar. İstəyirik ki, münaqişənin həllində anaların səsi eşidilsin, qadınların rolu artırılsın”. Qeyd edək ki, İstanbulda keçiriləcək görüşdə İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova, “Yuğa” Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da iştirak edəcək. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol