• $
  • €
  • ₽
  • ₺
  • £

Həştərxan vilayətinin qubernatoru İlham Əliyevin qəbulunda oldu

Həştərxan vilayətinin qubernatoru İlham Əliyevin qəbulunda oldu
27.11.2013 15:04
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.APA-nın məlumatına görə, A. Jilkin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan dövlət başçısını təbrik edib. Həştərxanla Azərbaycan arasında əməkdaşlığa toxunan A. Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq, bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə A. Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirib. Prezident Azərbaycanla Həştərxan vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. Həyata keçirilən birgə layihələrə toxunan dövlət başçısı paytaxtda istifadəyə verilən “Həştərxan-Bakı” parkını dostluğun yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident Azərbaycanla Rusiya arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə A. Jilkinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini deyib, ordeni ona təqdim edib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol