• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər

Deputat: Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər
06.10.2026 16:44

Deputat Erkin Qədirli korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsinin əleyhinə səs verəcəyini açıqlayıb.

O, məlumat verən şəxslərin təzyiqə məruz qala, işdən çıxarıla və karyeralarında problemlərlə üzləşə biləcəyindən narahatdır.

“Başqa ölkələrin təcrübəsi də göstərir ki, bu, ağır nəticələrə gətirə bilər. Məlumat verən insanları sıxışdırır, qısnayır, işdən çıxarırlar”, - Qədirli anews.az-a açıqlamasında deyib.

Deputat sovet dövründə “donosçuluq” anlayışının yaratdığı ağır nəticələri də xatırladıb.

“Bəlkə yanılıram, amma mən bu fikirdəyəm”, ' o əlavə edib.

Layihəyə əsasən, korrupsiya barədə məlumatı təsdiqlənən şəxsə təşkilatın büdcəsi hesabına minimum əməkhaqqının 25 mislinədək mükafat verilə bilər.

Müəyyən hallarda dövlətə ödənilmiş maddi ziyanın 5 faizinin də məlumat verən şəxsə verilməsi nəzərdə tutulur. Mükafatın məbləği hüquqpozmanın xarakteri, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlər nəzərə alınmaqla müəyyən ediləcək.

Layihədə məlumat verənin kimliyinin məxfiliyinin qorunması, iş yerində qisas tədbirlərinin və təzyiqin qadağan edilməsi, eləcə də hüquqi yardım almaq imkanları yer alır.

Məlumatın, bir qayda olaraq, 20 iş günü ərzində araşdırılması, əlavə materiallara ehtiyac yaranarsa müddətin daha 10 iş günü uzadılması təklif olunur.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Siyasət 10:19
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Siyasət 09:26
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Siyasət 19:15
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
Siyasət 18:21
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib

Prezident İlham Əliyev Putinə zəng edib
Siyasət 15:37
Prezident İlham Əliyev Putinə zəng edib
Humanitar hüququn tədrisi sülh zamanında da vacibdir - San Remo İnstitutu
Siyasət 11:17
Humanitar hüququn tədrisi sülh zamanında da vacibdir - San Remo İnstitutu
Nazir Türkmənistana rəsmi səfərə gedib
Siyasət 11:12
Nazir Türkmənistana rəsmi səfərə gedib
İtkinlər məsələsidepolitizasiya edilməlidir -Çavuşoğlu
Siyasət 11:00
İtkinlər məsələsidepolitizasiya edilməlidir -Çavuşoğlu
Dünyada itkinlərin sayı artır — ICMP
Siyasət 10:41
Dünyada itkinlərin sayı artır — ICMP
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol