• $
  • €
  • ₽
  • ₺
  • £

50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib

50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
07.10.2026 10:07

Ermənistanın bu ilin yanvarında təqdim etdiyi itkin düşən 50 erməniəsilli şəxsin DNT profilləri ilə Azərbaycanda aşkarlanmış insan qalıqları arasında uyğunluq müəyyən edilməyib. Bunu çərşənbə axşamı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib.

“Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyən etməyib”, - Nağıyev Bakıda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmən ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün Ermənistan tərəfinə müvafiq DNT nümunələrinin təqdim olunmasını təklif edib.

Nağıyev bildirib ki, Bakı hər iki tərəfin itkin düşmüş şəxslərinin taleyinin aydınlaşdırılması üçün İrəvanla əməkdaşlığı davam etdirməyə hazırdır.

Azərbaycan və Ermənistanın müvafiq komissiyaları arasında birbaşa təmaslar 2025-ci ilin fevralında qurulub.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Siyasət 11:08
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Siyasət 19:41
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Siyasət 14:00
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Siyasət 11:25
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Siyasət 10:54
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Prezident Forumda çıxış edir
Siyasət 10:02
Prezident Forumda çıxış edir
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Siyasət 22:29
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Siyasət 19:19
Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb
Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Siyasət 18:47
Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol