• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib

Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
07.10.2026 10:16

Birinci Qarabağ müharibəsində itkin düşmüş 273 Azərbaycan vətəndaşının qalıqları ailələrinə təhvil verilərək dəfn edilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib.

İyunun sonuna olan məlumata görə, 226 nəfərin qalıqları ailələrinə təhvil verilmişdi. Beləliklə, həmin vaxtdan bu göstərici 47 nəfər artıb.

Nağıyevin sözlərinə görə, məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində ümumilikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Qalıqları ailələrinə təhvil verilən 273 nəfərdən 225-i hərbçi, 48-i mülki şəxsdir. Mülki şəxslərdən 15-i qadın, ikisi azyaşlıdır.

İtkin düşmüş şəxslərin axtarışı və qalıqların eyniləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş ümumilikdə 4 010 nəfər qeydiyyatdadır.
 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada itkinlərin sayı artır — ICMP
Siyasət 10:41
Dünyada itkinlərin sayı artır — ICMP
Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
Siyasət 10:16
Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
Siyasət 10:12
Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
Siyasət 10:07
50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Siyasət 19:36
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 18:30
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Deputat: Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər
Siyasət 16:44
Deputat: Məlumat verənləri sıxışdırıb işdən çıxara bilərlər

Prezident Lord Anas Sarvarı qəbul edib
Siyasət 16:36
Prezident Lord Anas Sarvarı qəbul edib
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Siyasət 12:39
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol