• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada itkinlərin sayı artır — ICMP

Dünyada itkinlərin sayı artır — ICMP
07.10.2026 10:41

Dünyada silahlı münaqişələrin, miqrasiya böhranlarının, təbii fəlakətlərin və iqlim dəyişikliklərinin artması fonunda itkin düşən şəxslərin sayı artır. Bunu İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Ketrin Bomberger bildirib.

“Bu gün 1946-cı ildən bəri ən çox sayda münaqişənin şahidi oluruq”, — Bomberger Bakıda keçirilən beynəlxalq konfransda Norveç Sülh Araşdırmaları İnstitutunun (PRIO) məlumatlarına istinadən deyib.

Onun sözlərinə görə, Qərbi Balkanların təcrübəsi DNT texnologiyalarının itkin düşən şəxslərin kütləvi şəkildə axtarışı və identifikasiyasında effektivliyini göstərib. Keçmiş Yuqoslaviyadakı münaqişələr zamanı itkin düşmüş təxminən 40 min şəxsin 75%-dən çoxunun taleyinə aydınlıq gətirilib.

Bomberger eyni zamanda bildirib ki, şəxsin hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək üçün təkcə DNT analizi kifayət deyil. DNT şəxsiyyəti müəyyən etməyə imkan versə də, baş verənlərin aydınlaşdırılması üçün istintaq və məhkəmə-tibbi məlumatlar, onların düzgün sənədləşdirilməsi və saxlanılması, həmçinin dövlət qurumları arasında əməkdaşlıq lazımdır.


Aytac  Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Humanitar hüququn tədrisi sülh zamanında da vacibdir - San Remo İnstitutu
Siyasət 11:17
Humanitar hüququn tədrisi sülh zamanında da vacibdir - San Remo İnstitutu
NazirTürkmənistana rəsmi səfərə gedib
Siyasət 11:12
NazirTürkmənistana rəsmi səfərə gedib
İtkinlər məsələsidepolitizasiya edilməlidir -Çavuşoğlu
Siyasət 11:00
İtkinlər məsələsidepolitizasiya edilməlidir -Çavuşoğlu
Dünyada itkinlərin sayı artır — ICMP
Siyasət 10:41
Dünyada itkinlərin sayı artır — ICMP
Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
Siyasət 10:16
Azərbaycanda şəxsiyyəti müəyyənləşdirilən 273 itkinin qalıqları ailələrinə təhvil verilib
Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
Siyasət 10:12
Azərbaycanda itkin düşmüş 913 nəfərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb
50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
Siyasət 10:07
50 itkin erməninin DNT profili aşkarlanan qalıqlarla uyğun gəlməyib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Siyasət 19:36
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 18:30
Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol