• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
08.10.2026 14:41

2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

 

Müdafiə Nazirliyindən  verilən məlumata görə, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar.


Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar barədə ətraflı məlumatlar verilib.


Toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Siyasət 14:41
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
Siyasət 14:14
Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
Siyasət 13:26
Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb
Siyasət 12:26
Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Siyasət 10:19
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Siyasət 09:26
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Siyasət 19:15
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
Siyasət 18:21
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib

Prezident İlham Əliyev Putinə zəng edib
Siyasət 15:37
Prezident İlham Əliyev Putinə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol