• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və BMT arasında sosial sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
08.10.2026 18:19

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini bildirib. O, Dmitro Şlapaçenkonun fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dmitro Şlapaçenko isə Azərbaycanda həyata keçirilən sosial islahatlar və sosial həssas qruplara dəstək istiqamətində BMT qurumları ilə nazirlik arasında əməkdaşlığın səmərəli olduğunu qeyd edib.

Görüşdə Azərbaycan hökuməti ilə BMT arasında 2026–2030-cu illər üzrə Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin əhəmiyyəti müzakirə olunub.

Tərəflər insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi üzrə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar. 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol