Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Azərbaycan 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır. Bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarına göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
“Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq”, - İlham Əliyev vurğulayıb.