• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə İstanbula gedib

Asim Mollazadə İstanbula gedib
20.11.2013 11:32

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Atlantik Şurasının Enerji və İqtisadi sammitində iştirak etmək üçün İstanbula gedib. Bu barədə ANN.Az-a partiyanın mətbuat xidmətindən məlumat daxil olub. 

Özünün 5-ci ildönümünü qeyd edən bu zirvə toplantısında dünyanın siyasi və biznes liderləri enerji, iqtisadiyyat, siyasət, biznesin inkişafı, mövcud siyasi münasibətlər, qarşılıqlı əlaqələr sahəsindəki çətinliklər və digər məsələləri müzakirə edəcəklər. Burada Qara dəniz və Xəzər regionu, Yaxın Şərq, Balkanlar, ABŞ və Avropa Birliyi ölkələrinin regional və qlobal problemləri, onların həlli yolları barədə fikir mübadiləsi aparılacaq. Qarşılıqlı əlaqələrin genişləndirilməsi, problemlərin həlli imkanları araşdırılacaq.

Toplantını giriş nitqi ilə Türkiyə prezidenti Abdulla Gül açacaq. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi, general Brent Skoukroft, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, ABŞ və Türkiyənin enerji nazirləri və dünyanın digər nüfuzlu şəxsləri məruzə ilə çıxış edəcəklər.      

21-23 noyabr tarixində keçiriləcək zirvədə 40-dan çox ölkədən 350 nəfərədək qonaq və 200-dən çox media nümayəndəsi iştirak edəcək. Qonaqlar sırasında yüksək səviyyəli siyasi liderlər, nazirlər, parlament nümayəndələri, beyin mərkəzlərinin və media qurumlarının rəhbərləri, biznesmenlər, analitiklər olacaq.

ANN.Az 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol