2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb

Prezident İlham Əliyev 2027-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2027-ci il yanvarın 1-dən 30-dək aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar:
2009-cu ildə doğulmuş, çağırış gününədək 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları;
1997-2008-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya hərbi xidmətə çağırışdan azad edilməmiş şəxslər.
Sərəncama görə, qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da 2027-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
























