• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanı siyahıdan silmək lazım deyil”

“Azərbaycanı siyahıdan silmək lazım deyil”
29.05.2020 08:30

CNN telekanalının saytında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda isə Estoniyada Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru, Atlantika Şurası yanında Dinu Patrisiu adına Avrasiya Mərkəzinin böyük elmi əməkdaşı Metyu Brayzanin məqaləsi dərc olunub.

ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Brayza, “Azərbaycanı siyahıdan silmək lazım deyil” sərlövhəli məqaləsində yazır ki, prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinə lazımi səviyyədə müxalif olmasa da, ATƏT Azərbaycanda seçki prosesini tənqid edib. 

Hazırda Prezident İ.Əliyevin populyarlığının azalmadığını deyən M.Brayza bildirib ki, iki il əvvəl ABŞ-ın Azərbaycanda səfiri işləyəndə İlham Əliyevin reytinqi 83-86 faiz arasında olub. Qərbin siyasi liderlərinin xəyallarına belə gətirə bilmədikləri bu populyarlıq prezidentin artıq onlar üçün sabitliyi təmin etdiyini düşünən və bunu arzulayan Azərbaycan vətəndaşlarının dəstəyinə söykənir. 

Keçmiş diplomat bildirir ki, Azərbaycan ona məxsus olan Dağlıq Qarabağ regionunun Ermənistan qoşunları tərəfindən işğal olunması nəticəsində xoas vəziyyətində idi: "Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə neft-qaz yataqlarının işlənməsinə və enerji resurslarının Qərbə nəqlinə dair müqavilələr imzalandı. Bu da müstəqilliyin möhkəmlənməsinə və iqtisadi inkişafa gətirib çıxardı. Prezident İlham Əliyev öz siyasətini həmin nailiyyətlər üzərində qurdu. 2006-cı ildən başlayaraq ÜDM iki dəfə artdı, yoxsulluğun səviyyəsi azalaraq 49 faizdən 6 faizə düşdü".

M.Brayzə yazır ki, Azərbaycan təhlükəsizlik sahəsində ABŞ-la həmişə əməkdaşlıq edib: "Azərbaycan 11 sentyabr terror aktından sonra 24 saatdan az müddət ərzində öz hava məkanını təklif etdi və sonralar Əfqanıstanda koalisiya qüvvələrinə qeyri-döyüş materiallarının üçdəbir hissəsinin göndərildiyi mühüm dəhlizə çevrildi". 

Məqaləsini yekunlaşdıran M.Brayza Avropanın və İsrailin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsini və regionun tolerant ölkəsi kimi onun rolunu vurğulayıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol