• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqtonda Azərbaycan müzakirələri - FOTOLAR

Vaşinqtonda Azərbaycan müzakirələri - FOTOLAR
29.05.2020 00:27

Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda yerləşən və mədəniyyətlər arasında dialoqun təşviqini dəstəkləyən "Rumi Forum" ilə birgə "Azərbaycan - inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah" mövzusunda dəyirmi masa təşkil edilib. 

Səfirlikdən ANN.Az-a verilən məlumata görə, tədbirdə bir sıra tanınmış analitik mərkəzlərin nümayəndələri və nüfuzlu ekspertlər iştirak ediblər.

"Rumi Forumun" direktoru Emre Çelik forumun fəaliyyəti və rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığı barədə məlumat verib.

Bundan sonra çıxış edən səfir Elin Süleymanov mövzunun vacibliyini qeyd edərək, Azərbaycanın regionda liderə və uğurlu inkişafın nümunəsinə çevrildiyi, ölkəmizin dünya miqyasında artan rolu barədə danışıb. Bildirilib ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir.Tədbirdə moderator qismində çıxış edən ABŞ-da yerləşən Yaxın Şərq İnstitutunun eksperti, 31 oktyabr-1 noyabrda Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmiş Aleks Vatanka Azərbaycanın müstəqillik dövründə möhtəşəm nailiyyətlər əldə etdiyini bildirib. Amerikalı ekspert ölkəmizin bütün sahələrdə gözəçarpan dərəcədə inkişafını qeyd edərək, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulayıb. O, Azərbaycanın bir çox müsəlman dövlətləri üçün bu baxımdan nümunə ola biləcəyini ifadə edərək, Amerikalı siyasətçiləri ölkəmizin regiondakı artan roluna və apardığı siyasətə daha çox diqqət yetirməyə çağırıb.Bundan sonra tədbirin iştirakçıları arasında regionda gedən mühüm proseslər və ölkəmizin rolu barədə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak etmiş ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri səfir Keri Kavano Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və onun həmsədr olduğu dövrdə şəxsi təcrübəsindən söz açıb.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol