• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov daha bir kadr dəyişikliyi etdi - YENİLƏNİB

Zakir Həsənov daha bir kadr dəyişikliyi etdi - YENİLƏNİB
29.05.2020 00:28

Müdafiə Nazirliyində kadr dəyişiklikləri ara vermir. 

Nazir Zakir Həsənov bu dəfə Təlim-Tədris Mərkəzinin rəhbəri Şəmsəddin Abuşovu vəzifəsindən azad edib. 

Onun yerinə isə Beyləqan briqadasının komandiri Nazim Əlibəyov təyin olunub. 

Qeyd edək ki, polkovnik Ş. Abuşov 2013-cü il iyulun 23-də bu vəzifəyə təyin olunmuşdu. Bu zamana qədər isə o, Beyləqan korpusunun qərargah rəisi olub. 2009-cu ilə kimi Təlim-Tədris Mərkəzinin rəisi vəzifəsində general-mayor Lənkəran Əliyev çalışıb. 

2009-cu ildə L. Əliyev bu vəzifədən uzaqlaşdırıldıqdan sonra Ş.Abuşovun təyinatına qədər bu vəzifəni Təlim- Tədris Mərkəzinin rəis müavini olmuş polkovnik Fikrət İbrahimzadə icra edib. 

Ş.Abuşovun 7 ay əvvəl təyin olunduğu vəzifədən azad edilməsi hər kəs üçün gözlənilməz olub. Belə ki, Səfər Əbiyevin nazirliyə rəhbərliyi dönəmində o, heç bir qruplaşmada iştirak etməməsi ilə fərqlənib. 

Eyni zamanda Təlim-Tədris Mərkəzinin rəhbəri kimi adı heç bir rüşvət və ya digər qalmaqallarda hallandırılmayıb. Ş.Abuşova yaxın zamanda general rütbəsinin veriləcəyi gözlənildiyi bir zamanda, yeni nazirin kadr dəyişikliyi təəccüblə qarşılanıb. Bununla belə fəaliyyəti nəzərə alınaraq Şəmsəddin Abuşovun yaxın zamanda başqa vəzifəyə təyinatı gözlənilir. //AzNews.az //

10:10

***

APA-nın verdiyi xəbərə görə isə, müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşun Xidmətinin rəisi Yaqub Əhədov da vəzifəsindən azad olunub. Nazirliyin Kəşfiyyat idarəsinin rəisi, general-mayor Rəhim Cəfərov isə sərəncama göndərilib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol