• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin döydükləri azərbaycanlılar hakim gözləyir

Ermənilərin döydükləri azərbaycanlılar hakim gözləyir
29.05.2020 10:55

Fransada ermənilər tərəfindən döyülən azərbaycanlılar məhkəmə hakiminin təyin olunmasını gözləyirlər."Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, bir aydan artıqdır ki, mülki məhkəməyə şikayət edilib. Onun sözlərinə görə, gələn həftə ərzində məhkəmə işi üzrə hakim təyin ediləcək.Fransa Milli Assambleyasının binasında erməni diasporunun üzvləri tərəfindən döyülən "Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovu məhkəmədə iki vəkil müdafiə edəcək. Mirvari Fətəliyevanın qeyd etdiyinə görə, məhkəmə prossesini onların vəkilləri addımbaddım izləyəcək. Hər ikisi fransız olan vəkillər məhkəmə prossesi zamanı istədikləri məlumatı hakimdən ala biləcəklər: "İstintaqdan fərqli olaraq bizim vəkillər bütün məhkəmə prosseslərinin gedişatını izləyə biləcəklər".Mirvari Fətəliyeva bildirib ki, vəkillərin təyin edilməsində Azərbaycanın Fransadakı Səfirliyinin onlara böyük köməkliyi olub. O, həmçinin Diaspora Üzrə Dövlət Komitəsinində bu işdə onlara yardım etdiyini söyləyib.Xatırladaq ki, bu il fevralın 26-da "Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı iş əvvəlcə Fransa Jandarmeriyasına, daha sonra Paris prokurorluğuna verilib. Azərbaycan Respublikasının Baş prokuroru hadisə ilə bağlı Fransa Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokurora müraciət edib. Ancaq bu müraciətlərə baxmayaraq, məsələ həllini tapmayıb.ANN.AZ 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol