• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: Ermənistanın sülhdən danışmağa haqqı yoxdur

XİN: Ermənistanın sülhdən danışmağa haqqı yoxdur
26.11.2014 21:05
 Uğursuz daxili və xarici siyasətə görə öz ölkəsinin ictimaiyyəti qarşısında tamamilə nüfuzunu itirən, beynəlxalq aləmdə isə qeyri-ciddi və etibarsız bir tərəf kimi qəbul edilən Ermənistan rejimi xarici işlər naziri E.Nalbəndyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır.APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbandyanın Stokholm sülh araşdırmalar institutunda çıxışını şərh edərkən deyib. XİN rəsmisi qeyd edib ki, regionda sülh və təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistanın Azərbaycana qarşı hərbi işğal və təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir: “Digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin – Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə əsasında bilavasitə məsuliyyət daşıyır. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu haqqında yalan bəyanatlar verən Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması istiqamətində heç bir addım atmır, əksinə Avropada adi silahlı qüvvələr və Vyana sənədində nəzərdə tutulmuş öhdəliklərinə zidd olaraq, işğal olunmuş ərazilərdə gizli şəkildə hərbi texnika və şəxsi heyətin cəmləşdirilməsini aparır. 47.000 nəfər şəxsi heyət və 3000-dən artıq hərbi texnikanın iştirakı ilə keçirilmiş hərbi təlim bunun daha bir sübutu idi. Səbəb və nəticə kimi fəlsəfi-məntiqi kateqoriyaların yəqin ki fərqində olmayan Ermənistan xarici işlər naziri yalnız bəhanələrdən danışmağa üstünlük verir. Səbəb-nəticə kateqoriyalarına əsasən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğuna görə cəbhədə snayperlər vardır və hərbi insidentlər baş verir. Ermənistanın işğalı aradan qaldırıldığı halda isə snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər baş verməyəcək". H.Hacıyev bildirib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi həmişə aydın və qəti olub:“ Ermənistandan fərqli olaraq, Azərbaycanın mövqeyi BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun aktına əsaslanır. Danışıqlar prosesinin mahiyyəti də ondan ibarətdir ki, beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunsun. Danışıqlar imitasiyası yaradan, öhdəlik verən və sonra ondan qaçan və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus “qumar oyunu” kimi baxan məhz Ermənistandır”. H.Hacıyev qeyd edib ki, BMT nizamnaməsinə əsasən özünü müdafiə hüququ olan Azərbaycanın davamlı surətdə artan iqtisadi göstəricilərinə və ümum daxili məhsulun nisbətinə görə hərbi büdcəsini də artırmaq hüququ vardır: “ Ümum daxili məhsulun 4.5 faizi nisbətində vəsaitin hərbi xərclərə sərf edilməsi Ermənistan kimi yoxsul ölkənin nə dərəcədə hərbiləşməsindən xəbər verir. Əhalisinin 40 faizindən artığı yoxsulluq şəraitində yaşayan, iqtisadi-sosial problemlərə görə kütləvi miqrasiya ilə üzləşən və xarici borcu ümum daxili məhsulunu bir neçə dəfə üstələyən Ermənistan üçün bu milli fəlakətdir. Hərbi ritorikadan danışan Ermənistan xarici işlər naziri yenə də öz ölkəsinin prezidentinin erməni gənclərini qonşu dövlətlərlə gələcək müharibəyə səsləyən çıxışını, Avropa Şurası Parlament Assambleyasında daha 20 faiz Azərbaycan torpaqlarının işğal ediləcəyi və Azərbaycanın mülki obyektlərinə qarşı ballastik raketlərdən istifadə ediləcəyi barəsində açıqlamalarını yəqin ki yenə unudur”. XİN rəsmisinin sözlərinə görə, Xocalı faciəsinin törədilməsində iştirak etmiş Ermənistanın hərbi diktatura rejimi imkanı olsaydı bu əməllərdən də çəkinməzdi: “Amma Azərbaycan silahlı qüvvələrinin qüdrəti qarşısında öz imkanlarını dərk edərək, yalnız böhtan və yalanlarla məhdudlaşır. Guya “xüsusi əməliyyat”ın keçirilməsi barəsində düzəldilmiş teatr səhnəsi də Ermənistan rejiminin acizliyinin və Ermənistan cəmiyyətində itirilmiş nüfuzunun bərpasına yönəlmiş bir uğursuz cəhd idi. Ermənistanın dərinləşən fəlakətinin müqabilində Ermənistan rejimi daşıdığı məsuliyyəti dərk etməli, nəhayət yalan və özünü aldatmadan əl çəkməli, münaqişənin həllində real addımlar atmalıdır”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol