• $
  • €
  • ₽
  • ₺
  • £

Türk QHT-ləri kəlbəcərli girovlarla bağlı bəyanat yaydı - MƏTN

Türk QHT-ləri kəlbəcərli girovlarla bağlı bəyanat yaydı - MƏTN
29.05.2020 06:24
Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz torpağında ermənilərə əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda sərbəst buraxılması tələbi ilə çıxış ediblər.

ANN.Az xəbər verir ki, bir-çox qurumun birgə imzaladığı bəyanatda hər iki şəxsin doğma torpaqlarında necə əsir düşdükləri xatırladılır və onlara qarşı qondarma məhkəmə qurulduğu vurğulanır. Bəyanatda deyilir:"Girov alındıqları torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın torpaqlarıdır. Kəlbəcər bölgəsi hazırda Ermənistanın əlindəki işğal edilmiş torpaqların bir hissəsidir, Azərbaycanın dövlət sərhədləri daxilindədir. Bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdlarından zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır. Kəlbəcər torpaqlarında onların baba-atalarının qəbrləri var. Öz vətən torpaqlarına ailə qəbiristanlığını ziyarət etməyə, yaşamış olduqları kəndi təkrar görə bilmək ümidiylə getmişlər. Hər hansı gizli bir plan və pis niyyətləri olmayıb. Doğulduqları torpaq həsrətiylə Ermənistanın işğalı altında olan torpaqlarımıza keçdikləri sırada girov alınıblar.Ermənistan tərəfi, əllərindəki girovlardan Azərbaycanlı Həsən Həsənovu işgəncə edərək vəhşicəsinə qətlə yetiriblər. Digər girovlar isə mənəvi, fiziki işgəncələrə məruz qalmaqdadır. Bu bəyanata imza atanalar dünya ictimaiyyətinin bu məsələyə laqeyd qalmasını istəmir, problemin aktuallığına diqqət artırmaq istəyirik. Dünya, Ermənistanın bu hüquqsuzluğuna "dur!" deməli və azərbaycanlı girovların tez bir zamanda azadlığa buraxılması üçün müəayyən addımlar atmalıdır".Məlumata imza atan vətəndaş cəmiyyət quruluşları bunlar:

"Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB bakı-TUMİB İstanbul),

Türk Xalqları Konqresi, Türk Dünyası Araşdırmalar Vəqfi, Avrasiya Türk Dərnəkləri Federasiyası, Kazak Türkləri Təhsil və Mədəniyyət Dərnəyi, Şərq Türkistan Milli Mərkəzi, Türkistanlılar Mədəniyyət və İctimai Kömək Dərnəyi, Türkmeneli İnsan Haqqları Dərnəyi, Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyi, Dünya Türkmənləri Təhsil Vəqfi, Altaylardan Tunaya İmmiqrantlar Dərnəyi, Balkan Türkləri Mədəniyyət və Həmrəylik Dərnəyi,Bolqarıstan Strateji Araşdırma Dərnəyi, Dimdiyik dostluq-Mədəniyyət və Həmrəylik Dərnəyi, Günəşli Trakyalılar Dərnəyi, Türk İslam Tarixi Araşdırmalar Vəqfi, Balkan Trakya Mədəniyyət və Həmrəylik Dərnəyi,İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Dərincə Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycanlılar Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Evi Dərnəyi, Antaliya Azərbaycan Evi Dərnəyi, İstanbul Türk Azərbaycan Dostluq Mədəniyyət və Həmrəylik Dərnəyi,Balıkesir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, İzmir Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi, Çanaqqala Azərbaycan Evi Dərnəyi, İzmir Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Dərnəyi, Qars Azərbaycan Evi Dərnəyi, Edirne Azərbaycan Evi Dərnəyi.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol