• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni ildə böyük əfv gözlənilir

Yeni ildə böyük əfv gözlənilir
29.11.2014 09:04
Pərviz Həşimlinin həyat yoldaşı İşçi Qrupuna müraciət edib; məhbus ailələri də təzə ilə böyük ümidlərlə baxırlar

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər ciddi xarakter almağa başlayıb. İndiyədək hər il bu bayram əfvə olan ümidləri artırır.Siyasi məhbus ailələri də Yeni ilə böyük ümidlərlə baxırlar. Xüsusilə İnsan Haqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsi bu inamı artırır. Artıq İşçi Qrupu siyasi məhbusların azadlığa çıxması istiqamətində işə başlayıb.İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu görülən işlərdən danışdı: “Hazırda İşçi Qrupu məhbusların sənədlərini toplayır. Xəstə məhbusların siyahısı hazırlanır. Hələ ki, məhbusların çoxu bizə müraciət etməyib. Bazar ertəsi İşçi Qrupunun növbəti toplantısı olacaq. Önəmli məsələlərin müzakirəsi gözlənilir. Dekabrda əfvə olacaq ümidlərimiz çoxdur. İşçi Qrupu məhz bundan ötrü yaranıb. Hər əfvdə 4-5 nəfər buraxılır. Hesab edirəm ki, bu dəfə daha geniş əfv olacaq. Sadəcə, buna ümidliyik. Əsas diqqət ayıracağımız məsələ xəstə məhbuslarla bağlı olacaq. Onların səhhətindən çox narahatıq. Xüsusilə Leyla Yunus və İntiqam Əliyevin səhhəti çox ağırlaşıb. İşçi Qrupunda danışmalı məsələlər çoxdur. Yaradılan gündən bizə çoxlu sayda ərizələr gəlib. Araşdırdığımız zaman məlum olub ki, günahsız yerə həbsdə olan çoxlu sayda dustaq var. Bu işlərin hamısına qısa zamanda baxmaq mümkün deyil. Hüquqları pozulan adi insanların müraciətləri əsasında biz onların işini diqqətdə saxlayırıq. Adi insanların belə ərizələrinə baxılır”.Novella Cəfəroğlu Pərviz Həşimlinin həyat yoldaşının İşçi Qrupuna müraciət etdiyini də qeyd etdi: “Bizə müraciət edənlərin arasında çoxlu sayda tanınmış məhbuslar var. Pərviz Həşimlinin həyat yoldaşı bizə müraciət edərək Pərviz bəyin sənədlərini təqdim etdi. Onun məsələsini daim gündəmdə saxlayırıq. Müraciət etməyən insanlar olsa belə, biz onların məsələlərinə baxacağıq. Biz hüquq müdafiəçiləriyik. Ərizə əsasında insan haqları qorumuruq. Ölkəmizdə daim insan haqlarının qorunmasına çalışmışıq. Ərizə gəldi-gəlmədi, insanların işlərinə baxırıq”.Hüquq müdafiəçisi İşçi Qrupu bərpa ediləndən olan hücumlara da toxundu: “20 ildir ki, Azərbaycanda qara ”piar" kampaniyası aparılır. Daim belə kampaniyalar olub. Bildiyimiz kimi, İşçi Qrupu yaradılan vaxt belə hücumlar olmuşdu. Nəticədə o zaman fəaliyyətimizi dayandırmağa məcbur olduq. Nəticəsi nə oldu? İndi də əllərindən nə gəlirsə, etsinlər. Bunlara artıq öyrənmişik - həm iqtidar, həm də müxalifət tərəfindən. Hər şeyə rəğmən, işimizlə məşğuluq. “Qızıl amnistiya” təşəbbüsü ilə çıxış etmişik. Nəticəni zaman göstərəcək".ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol