• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin açdığı atəş Goranboyda evi külə döndərdi

Ermənilərin açdığı atəş Goranboyda evi külə döndərdi
07.12.2014 09:23
Goranboy rayonunun təmas xəttində yerləşən Tap-Qaraqoyunlu kəndi bu gün Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb. 

Atəş nəticəsində kənd sakini Yalçın Quliyevə məxsus 2 mərtəbəli evdə yanğın baş verib. Yanğın zamanı evdə ev sahibinin həyat yoldaşı və iki körpə usagı olub.

Hadisə bu gün günorta saatlarında baş verib. Kənd sakinlərinin sözlərinə görə qarşı tərəf əsasən yandırıcı güllələrdən istifadə edib. Atılan güllələrdən biri evin ikinci mərtəbəsindəki televizora dəyib və partlayış baş verib. Ev sahibinin həyat yoldaşı Kamilə Quliyeva əvvəcə övladlarını bayıra çıxarıb. 

Evin sahibi Yalçın Quliyev həmin vaxt evdə olmadığını bildirib: "Yas yerində idim, yoldaşım zəng elədi. Bu hadisə barədə mənə məlumat verən kimi evə qaçdım. İçəri girmək istədim girə bilmədim”. 

Hadisə yerinə FHN-nin Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Yalçın Quliyevə məxsus 120 kvm lik evin 100 kvm əşyaları ilə birgə tamamilə yanıb. 

Naftalan şəhər yanğından mühafizə hissəsinin rəisi Elçin Quliyev: "Məlumat daxil olmuşdu 12:14 dəqiqədə.Tez zamanda hadisə yerinə çixmışıq. Gördüyünüz kimi yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb”.

Goranboyun Tap–Qaraqoyunlu kəndi Ermənistan silahlı birləşmələrinin yerləşdiyi ərazindən 400 metr aralıdadır. Evlərin qarşı tərəfin mövqelərinə baxan istiqamətdə istinad divarları çəkilsə də bu hər zaman dinc əhalini təhlükədən qorumur. Sakinlərin sözlərinə əsasən son bir həftə əzində qarşı tərəf müntəzəm olaraq kəndi atəşə məruz qoyur. Atəşkəsin pozulması nəticəsində kənd sakinləri arasında ölən və yaralanan olmayıb.
 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol