• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvanın Qarabağ marağı

Moskvanın Qarabağ marağı
08.12.2014 11:46
"Moskva Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli üçün bütün səylərini göstərəcək."

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov "Vestnik Kavkaza" müsahibəsində bildirib.

Onun sözlərinə görə, başa çatan 2014-cü il Rusiyanın yalnız qərb ölkələri ilə deyil, həm də Cənubi Qafqaz dövlətləri ilə münasibətlərinin inkişafı asan olmayıb. Ancaq mürəkkəb beynəlxalq vəziyyət şəraitində qonşularla əlaqələr Moskva üçün xüsusi aktuallıq qazandı.

O, Cənubi Qafqaz dövlətləri ilə əlaqələrin inkişaf perspektivləri barədə deyib ki, Azərbaycan, Ermənistan və Gürcüstan ilə münasibətlər müxtəlif xarakter daşıyır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizimlə dost ölkədir, amma hələ hansısa inteqrasiyaya daxil olmaq niyyətində deyil və ən azı, özünü əlavə öhdəliklərə bağlamaq istəmir.

Rusiya və Azərbaycan arasında iqtisadi, siyasi sahədə çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan Rusiyanın iştirak etdiyi inteqrasiya mexanizmlərinə yaxınlaşacaqmı, bu yolla gedəcəkmi? Düşünürəm ki, bu məsələ ölkə qarşısında əsas sual kimi durur. Mənə görə, Bakı ilə Moskva əlaqələrinin inkişaf perspektivləri xüsusi əhəmiyyətə malikdir. Biz heç kimi heç yerə zorla cəlb istəmirik, amma, çox əhəmiyyətlidir ki, iki ölkə arasındakı indiki yaxşı əməkdaşlıq, müsbət baza və əhval-ruhiyyə saxlanılsın.

A.Puşkov Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın rolundan danışıb: "Mənim fikrimcə, Dağlıq Qarabağ postsovet məkanında mövcud olan ən mürəkkəb münaqişələrdən biridir. Rusiya münaqişənin həllində və iki dövlətin rəhbərliyi arasında danışıqların keçirilməsində gücü çatan iştirakı qəbul edir və öz nüfuzundan istifadə edir ki, bu dondurulmuş münaqişənin donu açılmasın.

İndi Rusiyanın rolu məhz buna yaxınlaşır və bu, fövqəladə əhəmiyyətlidir. Çünki dondurulmuş münaqişənin böyük fərqi var. Yəni donun açılması silahlı toqquşmalarla və vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər. Ona görə də münaqişəni dondurulmuş vəziyyətdə hansısa bir siyasi yolla, qərarla həll etmək mümkündür. Düşünürəm ki, Rusiya tərəflər arasında maksimal imkanların yaradılması üçün səylər, bu məsələnin siyasi müzakirəsinin davam etməsi üçün cəhdlər göstərir."

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol