• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar Avropa komissarına müraciət etdi

Azərbaycanlılar Avropa komissarına müraciət etdi
12.12.2014 09:33
Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə müraciət ünvanlayıb.

10 dekabr - Beynəlxalq İnsan hüquqları günü ilə əlaqədar edilmiş müraciətdə Dağlıq Qarabağda girov götürülən və barələrində qondarma məhkəmə prosesi aparılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə məlumat verilir.

Oxu.Az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, müraciətdə Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılır. Daha sonra 2014-cü il iyulun 12-də doğulduqları torpaqlarda əzizlərinin məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi,  Həsən Həsənovun isə öldürülməsi faktı vurğulanır. Müraciətdə həmçinin, qondarma rejimin bu insanlarla bağlı "məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.

 Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq  İnsan hüquqları günündə Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edir.

"Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş  hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırırıq” – AAK-ın Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə müraciətində belə deyilir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol