• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Qəmbər onları ittiham etdi

İsa Qəmbər onları ittiham etdi
27.12.2014 13:45
Keçmiş başqan Müsavatda növbədənkənar qurultay tələb edənləri hakimiyyətlə əməkdaşlıqda ittiham edib

"Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın”.

APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiya Məclisinin növbədənkənar iclasında çıxışı zamanı deyib.

İ. Qəmbər çıxışında bildirib ki, bu ilin ən önəmli hadisələrindən biri Müsavat Partiyasının VIII qurultayıdır. O, qurultayla bağlı iradları böhtan adlandırıb: "Bu qurultay demokratiya baxımından tarixi əhəmiyyət daşıyır. Bunun qarşısını nə hakimiyyət, nə həmkarlarımız, nə də bəzi partiyadaşlarımızın yersiz yanaşmaları ala bilər. Qurultayla bağlı iradlar səslənir və bəzən bu, böhtan və ağ yalan olur. Azərbaycanda faktiki olaraq Müsavatdan başqa gizli səsvermə ilə seçki keçirən partiya yoxdur. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Qurultaya, seçkilərə iradları olan şəxslər bunları gələcək kontekstində dəyərləndirilməlidir. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq”.
 
ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol