• $
  • €
  • ₽
  • ₺
  • £

“The Guardian” Azərbaycan səfirinin etiraz məktubunu dərc etdi

“The Guardian” Azərbaycan səfirinin etiraz məktubunu dərc etdi
15.01.2015 11:57
"The Guardian” qəzeti Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin redaksiyaya etiraz məktubunu dərc edib.
 
APA-nın "The Guardian”a istinadən verdiyi məlumata görə, azərbaycanlı diplomatın məktubu bu günlərdə həmin qəzetdə dərc olunmuş "Səyahət etmək üçün ən macəralı yerlər” məqaləsində Azərbaycanın işğal edilmiş ərazisi Dağlıq Qarabağın qeyd olunması ilə bağlıdır.
 
T. Tağızadə məktubda qeyd edib ki, redaksiyanın o siyahıya Dağlıq Qarabağı da daxil etməsi Azərbaycan xalqına qarşı hörmətsizlikdir: "Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisidir və hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Siz başqa ölkənin bir ərazisini işğal edən təcavüzkarı həvəsləndirməyin və yüz minlərlə qaçqının əzablarına saymazyanalıq göstərməyin mənəvi cəhətdən doğru olduğunumu hesab edirsiniz? Təəssüf ki, sizin yazınız öz işğalçı fəaliyyətini legitimləşdirməyə çalışan separatçı rejimin əlinə oynayır. "The Guardian”ın post-sovet ölkələrindəki separatçı tendensiyalara qarşı münasibəti diqqətə layiqdir, lakin biz eyni həssaslığın Azərbaycana da göstərilməsini arzu edirik”.
 
Səfir xatırladıb ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın işğal altında olan rayonlarına səfər etməmək barədə xəbərdarlıq edib.
 
"Dağlıq Qarabağa belə bir "turist marşrutu”nu təşviq etməklə isə siz ictimaiyyəti çaşdırırsınız və insanların həyatını risk altına atırsınız. Həmçinin bu cür icazəsiz səfərlərə qatılan adamlar gələcəkdə Azərbaycanın digər ərazilərinə səyahət edə bilməyəcəklər”, - deyə T. Tağızadə əlavə edib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol