• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr Sərkisyanın hərbi cinayətkar kimi tanınması petisiyasına qoşuldu

Tələbələr Sərkisyanın hərbi cinayətkar kimi tanınması petisiyasına qoşuldu
30.01.2015 12:14
Bakı Ali Neft Məktəbinin (BANM) bütün əməkdaşları və tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə "Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulublar. Petisiya həmçinin 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədini də daşıyır.

Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatı, BANM-in Tələbə Həmkarlar Təşlkilatı, o cümlədən BANM-in YAP Gənclər Birliyi və "Neftçi Mühəndislər” Tələbə Elmi Cəmiyyətinin üzvləri hər biri lazım olan imzanın toplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak ediblər. Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan torpaqlarına qarşı erməni qəsbkarlığında, Dağlıq Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğalında və Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. S.Sərkisyan beynəlxalq cinayətkar kimi törətdiyi əməllərə görə cavab verməlidir və hərbi cinayətkar kimi tanınmalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə "Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilib.

Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol