• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov Qarabağda sülhə çağırdı

Elmar Məmmədyarov Qarabağda sülhə çağırdı
16.02.2015 16:13
"Hərbçilər öz evlərinə dönməlidir”.

"Həmsədrlər atəşkəs pozuntularından danışarkən ilk növbədə qeyd etməlidirlər ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar. Onda atəşkəs pozulmayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu halda Cənubi Qafqazda sülh bərqərar olacaq:

"Biz Azərbaycanın mövqeyini səsləndirmişik. Dəfələrlə bəyan etmişik ki, həmsədrlər altı maddəlik Madrid prinsipləri əsasında sülh sazişi üzərində işləməlidir. Ciddi danışıqlar başlamalıdır ki, regiona sülh gəlsin. İlk növbədə qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Ən əsası isə, hərbçilər öz evlərinə dönməlidir”.

Məhəmməd Cavad Zərif öz növbəsində deyib ki, İran bir qonşu dövlət olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman rol oynamağa hazırdır. 

Onun sözlərinə görə, İranın 100 kilometrlik ərazisi münaqişə zonası ilə sərhəddə yerləşir. Nazir qeyd edib ki, İran bu münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir:

 "İstəyirik ki, qonşuluqda təhlükəsizlik və sabitlik olsun. Qonşularımızın hamısı bizim üçün əhəmiyyətlidir. Azərbaycan ən əhəmiyyətli qonşumuzdur. Bu ölkə ilə yaxın bağlılığımız var və burada münaqişənin olması bizi incidir. İran bu münaqişədə Azərbaycana ciddi şəkildə yardım edib. Biz daim ATƏT-in Minsk qrupunun fəaliyyətinin müvəffəqiyyətlə başa çatmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol