• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov: “Xocalı cinayəti cəzasız qalmayacaq”

Oqtay Əsədov: “Xocalı cinayəti cəzasız qalmayacaq”
24.02.2015 14:00
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Xocalı soyqırımının bəşəriyyətdə baş verən faciələrin ən dəhşətlisi olduğunu bildirib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, parlamentin iclasında çıxış edən O. Əsədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə dünyada aparılan "Xocalıya Ədalət!” kampaniyanın ciddi nəticələr verdiyini, bir sıra ölkələrin parlamentlərinin, ABŞ-ın 15 ştatının icra və qanunverici orqanlarının Xocalı hadisəsini soyqırım kimi tanıdığını bildirib: "Milli Məclisin 20-dən çox deputatı xaricdə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak edir”.

Spiker Xocalı cinayətlərinin cəzasız qalmayacağına əminliyini vurğulayıb.

Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, ermənilər Xocalı hadisəsində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun və Azərbaycan Xalq Cəbhəsinin rol oynadığını iddia edirlər: "Bunu onunla izah edirlər ki, guya Xocalıdan əhalinin çıxması üçün dəhliz yaradılmışdı, ancaq əhali oradan çıxarılmadı, çünki AXC ilə Mütəllibov arasında hakimiyyət mübarizəsi gedirdi”.

B. Muradova qeyd edib ki, ATƏT PA-nın son toplantısında erməni tərəfinə lazımi cavablar verilib. O, deputatları günün əsas müzakirə mövzusu olan Xocalı soyqırımından danışmağa və bütün diqqəti bu məsələyə yönəltməyə çağırıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol