• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov: Bunlar ermənilərdən də pisdir

Oqtay Əsədov: Bunlar ermənilərdən də pisdir
14.04.2015 15:01
"Dünyanın hər yerində korrupsiya bəlası var”.

 Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

ANS PRESS xəbər verir ki, iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Oyunları ərəfəsində bəzi siyasi təşkilatların Azərbaycan hakimiyyətinə qarşı apardığı kampaniyadan danışıb.

YAP funksioneri bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə aparılıb.

"Dünyanın hər yerində korrupsiya bəlası var və buna qarşı mübarizə davam edir. Ancaq təəssüflər olsun ki, bəzi siyasi partiyalar Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə təbliğat aparır. Bunlar hamısı bir mənbədən idarə olunur. Erməni lobbisi və xarici təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərib, kampaniya aparırlar. Onlar iğtişaş da yaratmaq istəyir və camaatı kütləvi aksiyalara çağırırlar”,-deyə Siyavuş Novruzov söyləyib.

Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib. Milli Məclis sədri Avropa Oyunlarında Ermənistan nümayəndələrinin də iştirakını xatırladaraq deyib:

"Ancaq bizdə bəziləri Avropa Oyunlarında iştirakdan imtina etməyə çağırış edirlər. Bunlar ermənilərdən də pisdir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol