• $
  • €
  • ₽
  • ₺
  • £

Uorlik: Əliyev və Sarkisyan münaqişənin həllini istəyirlər

Uorlik: Əliyev və Sarkisyan münaqişənin həllini istəyirlər
13.05.2015 10:26
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər. 

Oxu.Az xəbər verir ki, bu barədə news.am saytına müsahibəsində amerikalı həmsədr Ceyms Uorlik deyib. 

Ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşünü şərh edən Uorlik qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yolları müzakirə olunub. 

"Biz hər zaman həm prezident Sarkisyan, həm də prezident Əliyevlə və regiona səfər zamanı Dağlıq Qarabağın faktiki rəhbərliyi ilə danışıqlar üçün istənilən imkandan istifadə edirik”, - həmsədr deyib.  

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri danışıqları intensivləşdirmək istəyir. 

"Prezidentlərin görüş tarixi hələlik müəyyən edilməyib, lakin hər iki prezident dialoqu intensivləşdirmək üçün istəklərini ifadə ediblər və vasitəçilərin rolu normal danışıqlar prosesini təşkil etməkdən ibarət olduğuna görə biz prezidentlərin görüşünü hazırlamaq üçün yaxın zamanlarda regiona səfər edəcəyik”, - diplomat qeyd edib.   

Onun fikrincə, münaqişənin bütün tərəfləri hazırda münaqişənin sülh yolu ilə həllini arzu edirlər.

"Hesab edirəm ki, həm prezident Əliyev, həm də prezident Sarkisyan münaqişənin razılaşdırılmış həllini tapmaq istəyirlər. Bu münaqişə artıq olduqca uzun müddət davam edir və olduqca böyük itkilərə səbəb olub. Biz istəyirik ki, bunun sonu olsun”, - amerikalı diplomat qeyd edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol