• $
  • €
  • ₽
  • ₺
  • £

Fransız yazarın “Ermənistandakı qətliamlar və türklər” kitabı çapdan çıxdı

Fransız yazarın “Ermənistandakı qətliamlar və türklər” kitabı çapdan çıxdı
14.05.2015 12:27
İstanbulda məşhur fransız yazarı Pyer Lotinin (Pierre Loti) "Ermənistandakı qətliamlar və türklər” adlı kitabı çapdan çıxıb.

P. Lotinin "erməni soyqırımı” iddialarına qarşı yazdığı və 1918-ci ildə Parisdəki "Calman Levy” nəşriyyatı tərəfindən çap edilmiş əsəri "Kaynak” nəşriyyatı tərəfindən türk, fransız və ingilis dillərində təkrar nəşr olunub.
 
APA-nın Türkiyə bürosunun xəbərinə görə, uzun müddət Türkiyədə yaşamış və ölkəni yaxşı  tanıyan məşhur yazar P. Loti qeyd edib ki, Rusiyanın və Qərb ölkələrinin verdikləri vədlərlə dünya müharibəsində savaşan Osmanlı İmperiyasına qarşı üsyana qalxmış ermənilərin bu hərəkətlərini dünyadakı heç bir dövlət cəzasız qoymazdı. O, Anadoludakı bütün qətliamların ermənilər tərəfindən başladıldığına diqqət çəkib.
 
Kitaba ön söz yazan Türkiyənin tanınmış diplomatı, keçmiş millət vəkili Onur Öymən bildirib ki, 1918-ci ildə çap edilmiş bu əsərin maraqlı tərəflərindən biri erməniləri tənqid edən bəzi hissələrin o vaxt Parisdəki nəşriyyat tərəfindən senzuraya məruz qoyulmasıdır: "Kitabın 19-20-ci səhifələrində "senzura edilmişdir” sözlərinə yer verilib. Kitabın senzuraya məruz qoyulması o dövrdə Fransada və Avropanın başqa ölkələrində erməni tərəfdarı və Türkiyə əleyhdarı meyllərin sübutlarından biridir”.
 
O. Öymən deyib deyib ki, bu kitab "erməni məsələsi”nin düzgün dərk edilməsində önəmli mənbələrdən biridir: "Kitabın tezliklə Azərbaycanda çap edilməsini və "soyqırım” böhtanlarına qarşı müştərək mübarizəmizdə Azərbaycanlı qardaşlarımızın bu mənbədən səmərəli şəkildə istifadə etməsini diləyirəm. Diqqət mərkəzində saxlamağımız lazım olan başqa bir məsələ isə türk diplomatlarını qətlə yetirmiş ASALA terror təşkilatının terrorçularına Ermənistanda abidə qoyulması məsələsidir. Dünyanın harasında görünüb ki, terrorçuya abidə qoyulsun? Türkiyə və Azərbaycan bu məsələni də daima dünyanın gündəmində saxlamalıdır”.
 
Qeyd edək ki, 1850-1923-cü illərdə yaşamış P. Loti ilk dəfə Fransa ordusunun zabiti  kimi 1876-cı ildə Türkiyəyə gəlib. Müəyyən fasilələrlə uzun müddət Türkiyədə yaşamış P. Lotinin yazdığı 20 kitabdan 15-i Türkiyəyə həsr edilib. Qərb mətbuatı XX əsrin əvvəllərində Osmanlı İmperiyasında ermənilərin  yaşadığı bəzi bölgələri "Ermənistan” adlandırdığına görə, P. Loti də 1918-ci ildə Fransada çıxan kitabında coğrafi termin kimi eyni sözü işlətmək məcburiyyətində qalıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol