• $
  • €
  • ₽
  • ₺
  • £

XİN başçısı: “Ermənistan status-kvoya güvənməsi təhlükəli təxmindir”

XİN başçısı: “Ermənistan status-kvoya güvənməsi təhlükəli təxmindir”
19.05.2015 17:16
"Terrorçuluq və ekstremizmə qarşı mübarizə konkret din və ya mədəniyyəti hədəf seçməməlidir.

 Biz hazırda dini məlumatlılığın yüksək olduğu bir zamanda yaşadığımız üçün bəzi hallarda mövcud durum mənfur şəkildə etnik, dini və ya mədəni sahədə münaqişələrin alovlandırılması məqsədilə istifadə olunur. Son illərdə bir sıra Avropa ölkələrində "İslamofobiya”nın narahatedici artması meylləri bu fenomenə qarşı birgə səylərimizin labüdlüyünü təsdiq edir”. 

"Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Nazirlər Komitəsinin 125-ci toplantısındakı çıxışında deyib.

E.Məmmədyarov bildirib ki, terrorçuluq bir çox hallarda təcavüzkar separatizmlə ayrılmaz şəkildə əlaqəlidir: "Silahlı münaqişələrdən zərər çəkən ərazilər bu terrorçuluğun yayılması üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməli və dövlətlərə öz ərazisi üzərində suverenlik və təhlükəsizliyin bərpa edilməsində yardımçı olmalıdır. Avropa Şurasının üzərinə bu xüsusda vacib rol düşür”.

XİN başçısı deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş və ya həlli uzadılmış ən uzunmüddətli münaqişə olaraq, bədnam şəkildə Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib: "Ermənistan hökumətinin güc tətbiqi vasitəsilə hərbi təcavüzün nəticəsində əldə edilmiş status-kvoya güvənməsi təhlükəli təxmindir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin ata-baba yurdlarından etnik təmizlənmə yolu ilə çıxarılması həll yolu deyil və heç zaman Ermənistan tərəfindən arzulanan siyasi nəticə doğurmayacaq. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində açıq şəkildə tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması mühüm etimad quruculuğu tədbiri ola bilər və davam edən sülh prosesinin gedişi tamamilə dəyişə və bütün Cənubi Qafqaz regionunda hərtərəfli və davamlı inkişaf üçün geniş imkanlar aça bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol