• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
01.06.2015 14:29
 Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, İvitsa Daçiç ilə son görüşünü məmnunluqla xatırlayan dövlət başçısı İlham Əliyev onun ATƏT-in sədri kimi Azərbaycana səfərinin önəmini qeyd edib.
ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlət başçısına çatdırıb. Serbiyalı qonaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin Prezidentinin iştirak edəcəyini vurğulayıb. Serbiyanın Baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana səfərinə toxunan İvitsa Daçiç onun bu səfərdən çox məmnun qaldığını deyib.

Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol