• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Ermənistanı açıq şəkildə işğalçı ölkə adlandırdı

Almaniya Ermənistanı açıq şəkildə işğalçı ölkə adlandırdı
09.07.2015 23:29
Ermənistan 1994-cü ildə atəşkəs sazişi imzalandığı andan işğal etdiyi, beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan ərazilərdə, o cümlədən də Dağlıq Qarabağda insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır.
 
Bu barədə Almaniya Federal hökumətinin dünyada hüquq müdafiəsi siyasəti üzrə 11-ci hesabatında bildirilir. Hesabat bir müddət əvvəl geniş ictimaiyyətə təqdim olunub. Sənəddə qeyd olunur ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər bugünədək işğal olunmuş rayonlara qayıda bilmirlər.
 
Oxu.Az xəbər verir ki, bu barədə "Vestnik Kavkaza” yazıb.
 
Hesabatdakı konkret və birmənalı formullar açıq şəkildə göstərir ki, alman XİN ermənilərin inadla yaydıqları "Qarabağ dövlətçiliyi” barədə miflərə inanmır. Berlində gözəl başa düşürlər ki, işğal olunmuş ərazilərdə insan hüquqlarının vəziyyətinə görə marionet Qarabağ rejimi yox, Ermənistan cavabdehdir, məqalədə qeyd olunur.
 
Daha sonra məqalədə vurğulanır ki, ötən ilin payızında alman hökuməti "Solçular” fraksiyasının parlament sorğusuna cavab olaraq, separatçılarının öz "ordusunun” olması barədə iddiaları təkzib edib.

O zaman alman hökuməti bildirmişdi ki, qondarma "DQR”in "özünümüdafiə qüvvələr” 23 min əsgərə malikdir.
 
"Onların 8 min nəfəri Ermənistan Respublikası nizami ordusunun hərbçiləridir. "Özünümüdafiə” qüvvələrinin əsas hissəsi əsasən Ermənistandan çağırılan əsgərlər hesabına formalaşır”, - deyə, o zaman Almaniya XİN bildirmişdi.
 
İndi isə rəsmi Berlin bəyan edir ki, işğal olunmuş ərazilərdəki doğma yurd-yuvalarından qovulmuş Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına görə məhz Berlin məsuliyyət daşıyır.

İstisna deyil ki, almanların Qarabağ məsələsində belə birmənalı mövqeyi gələcəkdə Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək, deyə, məqalə müəllifləri qeyd edirlər.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol